Fransada nümayiş zamanı 34 nəfər saxlanılıb, onlarla polis yaralanıb
Digər ölkələr
- 01 may, 2021
- 17:55
Fransanın paytaxtı Parisdə keçirilən 1 may aksiyasında 34 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen tvitterdəki səhifəsində bildirib.
O, qeyd edib ki, aksiyada kolonun başında radikallar olublar. Onlar hərəkəti bloklayıblar və polisə butulkalar, fişənglər atmağa başlayıblar. BFMTV telekanalının məlumatına görə, polis gözyaşardıcı qaz tətbiq edib.
Lionda nümayişçilərlə toqquşmalar nəticəsində 27 polis əməkdaşı zərər çəkib.
Qeyd edək ki, bu gün Fransanın bütün iri şəhərlərində 1 may nümayişi keçirilib. Onlar ötən il COVID-19 məhdudiyyətlərinə görə aksiya təşkil etməyiblər. Bu dəfə qaydalar yumşaldılıb.
Son xəbərlər
12:20
Almaniyada AfD partiyasının qurultayından öncə minlərlə etirazçı yolları bağlayıb
Digər ölkələr12:16
"PAŞA Bank" səhmdarlarına 53,5 milyon manat dividend ödəyəcək
Maliyyə12:12
Foto
Bakı və Daşkənd parlamentlərarası dialoqun genişləndirilməsini hədəfləyir
Xarici siyasət12:10
Gürcüstanda Azərbaycan vətəndaşlarının da olduğu 50 qanunsuz miqrant saxlanılıb
Xarici siyasət12:09
Lionel Messi dünya çempionatlarının pley-off mərhələsində 63 illik rekordu təkrarlayıb
Futbol11:59
Türkiyədə 6 nəfər gənə yapışması nəticəsində ölüb
Region11:42
Foto
Qazaxın Daş Salahlı kəndində yeni sərbəst güləş zalı istifadəyə verilib
Fərdi11:39
Azərbaycan kartof ixracından 15 milyon dollara yaxın gəlir əldə edib
Biznes11:34
Foto