"PAŞA Bank" səhmdarlarına 53,5 milyon manat dividend ödəyəcək
- 04 iyul, 2026
- 12:16
Yeniliklərdən dərhal xəbərdar olun!
"PAŞA Bank" ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına ilkin mərhələdə 53,5 milyon manat dividend ödəyəcək.
"Report" bu barədə banka istinadən xəbər verir.
Məlumata görə, dividend iyulun 10-da Milli Depozit Mərkəzi (MDM) tərəfindən hər bir səhmdarın müvafiq bank hesabına köçürüləcək.
İyunun 18-də keçirilmiş "PAŞA Bank" ASC-nin Səhmdarların Ümumi Yığıncağının qərarı səhmdarlara ümumilikdə 107 milyon manat dividend ödəniləcək. Ödəniş iki mərhələdə həyata keçiriləcək.
Xatırladaq ki, səhmdar cəmiyyətin səhmlərinin ilkin kütləvi təklifi (IPO) iyunun 19-da başa çatıb. Hər birinin nominal dəyəri 20 manat, faktiki dəyəri isə 55 manat olan 932 926 ədəd səhmə 17 960 investor 66,296 milyon manatlıq 21 188 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub. "PAŞA Bank"ın nizamnamə kapitalı səhmlərin nominal dəyərinə uyğun olaraq 18,659 milyon manat artaraq 354,512 milyon manatdan 373,171 milyon manata çatıb. Yeni investorlar Bankın səhmlərinin 5 %-nə sahib olublar.