Almaniyada AfD partiyasının qurultayından öncə minlərlə etirazçı yolları bağlayıb

Digər ölkələr
  • 04 iyul, 2026
  • 12:20
Almaniyada AfD partiyasının qurultayından öncə minlərlə etirazçı yolları bağlayıb

Almaniyanın Erfurt şəhərində minlərlə nümayişçi ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının illik qurultayına qarşı etiraz aksiyalarında bir sıra yolları bağlayıblar.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Polisin məlumatına görə, Erfurt və onun ətrafındakı etiraz aksiyalarında 15 minə yaxın insan iştirak edib.

Etirazlar regional seçkilər fonunda keçirilir ki, bu seçkilərin nəticələrinə əsasən AfD partiyası ilk dəfə Almaniyanın federal torpaqlarından biri səviyyəsində hakimiyyəti əldə edə bilər.

Nümayişlərdə həmkarlar ittifaqlarının, vətəndaş cəmiyyəti təşkilatlarının və solçu siyasi qüvvələrin nümayəndələri iştirak edirlər. Təhlükəsizliyi təmin etmək üçün AfD-nin ikigünlük qurultayı müddətində Erfurta əlavə polis qüvvələri cəlb edilib.

Bildirlib ki, etirazçılar qurultayın keçirildiyi məkana gedən bir neçə yolu, əsas avtomagistralın bir hissəsini bağlayıblar.