Fransa İsrailin Livandakı hərbi fəaliyyətini tənqid edib

Digər ölkələr
  • 06 mart, 2026
  • 14:28
Fransa İsrailin Livandakı hərbi fəaliyyətini tənqid edib

Fransa Prezidentinin xüsusi nümayəndəsi Jan-İv Le Drian İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarında Beyrutun cənub rayonlarına intensiv zərbələr endirməsindən sonra onun Livandakı hərəkətlərini "qeyri-mütənasib" adlandırıb.

"Report" xəbər verir ki, o, bu barədə "TF1" telekanalına müsahibəsində bəyan edib.

Əvvəllər Fransanın xarici işlər naziri və müdafiə naziri olmuş Le Drian bildirib ki, bu cür hücumlar Livan ordusunun İranın dəstəklədiyi "Hizbullah" qruplaşmasını silahsızlaşdırma cəhdləri fonunda "şiə icmasını birləşdirə" bilər.

Onun sözlərinə görə, ötən həftə İsrailə zərbələr endirməklə və bununla da İranın tərəfində müharibəyə qoşulmaqla "Hizbullah" faktiki olaraq Livan kartını deyil, İran kartını oynayıb.

44 - Tezliklə