Fırtına Nyu-Yorkda bir nəfərin həyatına son qoyub

Digər ölkələr
  • 27 sentyabr, 2026
  • 05:55
Fırtına Nyu-Yorkda bir nəfərin həyatına son qoyub
"Reuters"

AB Ş-ın şimal-şərqini cərəyan edən güclü fırtına nəticəsində Nyu-Yorkda bir nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə sentyabrın 26-da "The New York Post" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, 56 yaşlı mənzil idarəsinin əməkdaşı şəhərin şərqində yerləşən Bruklin rayonunda küləyin təsiri ilə aşan ağacın altında qalıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan kişinin həyatını xilas etmək mümkün olmayıb.

Yerli hakimiyyət orqanlarına aşmış ağaclarla bağlı 370-dən çox məlumat daxil olub. Bildir ilib ki, bəzi məlumatlar eyni hadisə ilə bağlı təkrar müraciətlər ola bilər.

Bundan əvvəl Nyu-York qubernatoru Keti Hokul ştatın eyniadlı şəhərində 152 millimetrədək yağıntı gözlənildiyini bildirib. Küləyin sürəti saniyədə 26 metrə çatıb.

"Poweroutage.us" portalının məlumatına görə, fırtına səbəbindən Nyu-York, Konnektikut və Massaçusets ştatlarında 50 mindən çox abonent elektrik enerjisiz qalıb.

44 - Tezliklə