Finlandiya Rusiya ilə sərhədə nəzarət üçün AK-dən 16 milyon avro istəyəcək
- 13 noyabr, 2025
- 18:33
Finlandiya Rusiya ilə sərhədə nəzarət etmək üçün dronların alınması məqsədilə Avropa Komissiyasından (AK) 16 milyon avro istəyəcək.
"Report" xəbər verir ki, bu barədə Finlandiya hökumətinin mətbuat xidmətindən bildirilib.
"Finlandiyanın istədiyi maliyyə vəsaiti peyk naviqasiya sistemlərinin işindəki nasazlıqlara dayanıqlı olan pilotsuz müşahidə sistemlərinin alınmasına yönəldiləcək. Bu pilotsuz uçuş aparatları və ekipajsız suüstü dronlar Finlandiyanın həm şərq sərhədində, həm də Fin körfəzində vəziyyəti izləmək və sərhədlərə nəzarət etmək qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Finlandiya Aİ ölkələri arasında Rusiya ilə ən uzun quru sərhədə (1 340 km) malikdir", - məlumatda qeyd olunur.
2023-cü ilin noyabrında Finlandiya hökuməti Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrini bağlayıb və bunu üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axını ilə izah edib.