Finlandiya Baş naziri: Rusiyanın çəkindirilməsi Avropanın gələcəyinə ən yaxşı investisiyadır

Digər ölkələr
  • 08 sentyabr, 2025
  • 11:51
Finlandiya Baş naziri: Rusiyanın çəkindirilməsi Avropanın gələcəyinə ən yaxşı investisiyadır

Finlandiyanın Baş naziri Petteri Orpo Ukraynanın dəstəklənməsini və Rusiyanın çəkindirilməsini Avropa Birliyinin gələcəyinə ən yaxşı investisiya adlandırıb.

"Report" xəbər verir ki, siyasətçi bunu Avropa İttifaqı (Aİ) Şurasının sədri Antoniu Koşta ilə birgə mətbuat konfransında bildirib.

"Biz Ukraynanın imkanlarını gücləndirmək üçün hər bir imkanı araşdırmalı, onun bərpasına və çağırışlarla mübarizə aparmasında yardım etməliyik. Biz həmçinin Rusiyanı çəkindirməyə davam etməliyik. Aİ-nin 7-ci maddəsi də daxil olmaqla bütün mümkün alətlərdən istifadə etməyə hazır olmaq lazımdır", - P.Orpo qeyd edib.

Finlandiya hökumətinin başçısı ölkəsinin Rusiya ilə sərhəddə yerləşməsi ilə əlaqədar müdafiə sahəsinin inkişaf etdirilməsinin prioritet olduğunu söyləyib.