Lavrov: Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq

Region
  • 31 oktyabr, 2026
  • 02:51
Lavrov: Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq

Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısının ilk gününün yekunlarına dair Atlantada keçirilən mətbuat konfransında bildirib.

"Amerikalılar klassik diplomatiya qaydalarına əməl edirlər. Münasibətlərdə hansı problemlərin olmasından asılı olmayaraq, Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq", – nazir qeyd edib.

O, bu kontekstdə ABŞ dövlət katibi Marko Rubionun sözlərini də xatırladıb.

"2025-ci ilin fevralında Ər-Riyadda keçirilən ilk görüşümüzdə Rubio etiraf etmişdi ki, əksər hallarda ABŞ və Rusiyanın milli maraqları üst-üstə düşməyəcək", – Lavrov bildirib.

Bununla yanaşı, nazir bu maraq fərqinin "qızğın qarşıdurmaya" çevrilməsinə yol verməyi cinayət adlandırıb.

44 filmi