Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB
- 10 iyul, 2026
- 17:41
Filippində torpaq sürüşməsi nəticəsində azı 15 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"İnday" qasırğası səbəbindən ölkə ərazisində leysan yağışları yağıb, güclü külək əsib, eləcə də torpaq sürüşməsi baş verib. Bundan əlavə, Saranqani əyalətində 4,2 maqnitudalı zəlzələ olub.
Filippinin Saranqani əyalətində torpaq sürüşməsi nəticəsində azı 10 nəfər ölüb, daha 3 nəfər isə itkin düşüb.
"Report" xəbər verir ki, bu barədə yerli media Malapatandakı Təbii Fəlakət Risklərinin Azaldılması və Fövqəladə Halların İdarə Edilməsi üzrə Bələdiyyə İdarəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, axtarış-xilasetmə işləri aparılır.
Bundan başqa, ölkənin paytaxtı Manilanın bəzi rayonları "İnday" qasırğası səbəbindən güclənən musson yağışlarının yaratdığı daşqından zərər çəkib.