Filippində "Kalmaegi" tayfunu nəticəsində ölənlərin sayı 188 nəfərə çatıb

Digər ölkələr
  • 07 noyabr, 2025
  • 07:17
Filippində Kalmaegi tayfunu nəticəsində ölənlərin sayı 188 nəfərə çatıb

Filippində baş verən dağıdıcı "Kalmaegi" tayfunu nəticəsində ölənlərin sayı 188 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" Cənubi Asiya ölkəsinin hakimiyyət orqanlarına istinad xəbər verib.

Məlumata görə, hazırda 135 nəfər itkin düşüb, 96 nəfər isə yaralanıb.

Vyetnamda hökm sürən fırtınanın güclü küləyi ağacları kökündən qoparıb, evlərə ziyan vurub, elektrik enerjisinin kəsilməsinə səbəb olub. Vyetnamın dövlət xəbər agentliyi Daklak əyalətində evin uçması nəticəsində bir nəfərin öldüyünü bildirib.

Hökumət axtarış-xilasetmə əməliyyatları üçün 268 mindən çox hərbçini səfərbər etdiyini bildirib və alçaq ərazilərdə mümkün daşqınlar barədə xəbərdarlıq edib.

Xilasedicilərin verdiyi məlumata əsasən, ən təhlükəli ərazilərdən təxminən 800 min insan təxliyə edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti