Fələstin ABŞ-nin BMT TŞ-nin Qəzza ilə bağlı qətnaməsinə vetosunu təhlükəli adlandırıb
- 20 fevral, 2024
- 23:08
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin Qəzza zolağında atəşkəs tələbi ilə Əlcəzairin təqdim etdiyi Yaxın Şərq qətnamə layihəsinə BMT Təhlükəsizlik Şurasında veto qoyması ehtiyatsız və təhlükəli addımdır.
"Report"un məlumatına görə, bu barədə Nyu-Yorkda Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bildirib.
"Qətnamə layihəsinə veto qoyulması nəinki təəssüf doğurur, eyni zamanda tamamilə ehtiyatsız və təhlükəlidir. Bu, ən sarsıdıcı cinayətləri törətdikdən, milyonlarla günahsız fələstinlini saysız-hesabsız dəhşətlərə məhkum etdikdən sonra belə İsraili qorumaq üçündür", - diplomat deyib.
Mənsurun sözlərinə görə, Əlcəzairin qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasında məhz ona görə təqdim edilib ki, beynəlxalq ictimaiyyətin atəşkəslə bağlı demək olar yekdil çağırışlarına baxmayaraq, İsrail hücumlarını davam etdirir.