"Euroclear" Rusiya Mərkəzi Bankına qarşı Belçika məhkəməsində iddia qaldırıb
- 30 iyun, 2026
- 13:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa depozitarı "Euroclear" Rusiya məhkəməsinin dondurulmuş aktivlərlə bağlı qərarına etiraz etmək üçün Belçika məhkəməsində Rusiya Mərkəzi Bankına qarşı iddia qaldırır.
"Report" xəbər verir ki, bu barədə "L`Echo" nəşri yazıb.
"Euroclear" Rusiya Mərkəzi Bankına qarşı iddia qaldırır. Maliyyə təşkilatı Belçikada Rusiyada ona qarşı çıxarılan məhkəmə qərarına etiraz etməyə imkan verəcək bir qərarın əldə olunacağına ümid edir", - məlumatda qeyd edilib.
Moskva Arbitraj Məhkəməsi mayın 15-də Mərkəzi Bankın "Euroclear"a qarşı ümumi məbləği təxminən 200 milyard avro olan zərərin ödənilməsinə dair iddiasını təmin edib. Mayın sonunda məhkəmə Rusiya Mərkəzi Bankının müraciəti əsasında qərarı dərhal icraya yönəldib. Birinci instansiya məhkəməsi iyunun 2-də Rusiya Bankına bu qərarın icrası üçün icra vərəqəsi verib.
2022-ci ildə Avropa hakimiyyət orqanları tərəfindən dondurulmuş aktivlərin əsas həcmi – Mərkəzi Bankın qiymətləndirməsinə görə, təxminən 200 milyard avro – "Euroclear"da saxlanılır.