Əlcəzairdə vəbaya yoluxanların sayı 74 nəfərə çatıb
Digər ölkələr
- 31 avqust, 2018
- 23:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 sentyabr. REPORT.AZ/ Əlcəzairdə vəbaya yoluxanların sayı 74 nəfərə çatıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Daha əvvəl 2 nəfərin bu xəstəlikdən öldüyü xəbər verilib. Ölkənin 56 sakini vəbaya Əlcəzairin paytaxtından 60 kilometr cənubda yerləşən Blida əyalətində yoluxub.
Bildirilir ki, vəba xəstəliyinə yoluxmaqda şübhəli bilinən 88 nəfər 4 əyalətin xəstəxanalarına göndərilib.
"Bu ay vəbaya 74 yoluxma hadisəsi təsdiqlənib", - deyə nazirliyin bəyanatında bildirilir.
Son xəbərlər
07:44
Keçmiş MKİ əməkdaşı 40 milyon dollarlıq qızıl külçələrin mənimsənilməsini etiraf edib
Digər ölkələr07:12
Rusiyada zərərlə işləyən biznes sahələrinin sayı kəskin artıb
Region06:33
Bu gün Bakı, Ağdərə, Goranboy, Göyçay və Yevlaxın bəzi ərazilərində işıq olmayacaq
Energetika06:03
Messi Argentina millisində vida matçını keçirib
Futbol05:24
Azərbaycan BMT-də itkin düşmüş 71 uşağın taleyinin müəyyənləşdirilməsinə çağırıb
Xarici siyasət05:14
ABŞ-nin İrana qarşı döyüşlərində 80-dən çox hava vasitəsi məhv edilib və ya sıradan çıxarılıb
Digər ölkələr04:43
Britaniya Suriyanın sabiq iqtisadiyyat nazirinə qarşı sanksiyaları ləğv edib
Digər ölkələr04:18
Vens: İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır
Digər ölkələr03:45