Ekspertiza: "EgyptAir" təyyarəsinin göyərtəsində partlayış olub

Digər ölkələr
  • 24 may, 2016
  • 10:08
Ekspertiza: EgyptAir təyyarəsinin göyərtəsində partlayış olub

Bakı. 24 may. REPORT.AZ/ Qəzaya uğrayan Misirin "EgyptAir" aviaşirkətinə məxsus "A320" təyyarəsində ölənlərin cəsədlərinin qalıqlarının ekspertizası hava gəmisində partlayış olduğunu göstərir.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Misirin məhkəmə-tibbi ekspertizasındakı nümayəndəsinə istinadən məlumat verib.

Mənbənin bildirdiyinə görə, hələlik partlayıcı maddənin izləri tapılmayıb.

Qeyd edək ki, "Airbus A320" təyyarəsi mayın 19-na keçən gecə Parisdən Qahirəyə uçuş həyəta keçirərkən radarlardan itmişdi. Sonradan qəzaya uğradığı aydınlaşan təyyarədə 56 sərnişin, 7 ekipaj üzvü, 3 təhlükəsizlik xidməti işçisi olub.