Əfqanıstanda terror aktı nəticəsində 6 nəfər ölüb
Digər ölkələr
- 02 sentyabr, 2024
- 16:50
Əfqanıstan paytaxtı Kabilin cənub-qərbində kamikadze-terrorçunun hücumu nəticəsində azı 6 nəfər ölüb, 13 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Khaama Press” agentliyi Kabil polis idarəsinin nümayəndəsi Xalid Zadrana istinadən məlumat yayıb.
“Bu gün günorta saatlarında Kabilin altıncı rayonunun Qala Bəxtiyar bölgəsində bir nəfər əldəqayırma partlayıcını işə salıb, nəticədə 1-i qadın olmaqla, 6 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralıların hamısı xəstəxanaya yerləşdiriliblər”, - o deyib.
X.Zadran əlavə edib ki, polis hadisənin başvermə şəraiti ilə bağlı araşdırmaları davam etdirir.
Son xəbərlər
18:21
Foto
UEFA Çempionlar Liqası: "Sabah"ın "Orhus"la oyundan əvvəl açıq məşqi baş tutub
Futbol18:20
Video
Kolumbiyada zəlzələyə görə bir sıra hava limanlarının fəaliyyəti dayandırılıb - YENİLƏNİB-2
Digər ölkələr18:19
Azərbaycanın 7 aylıq büdcə göstəriciləri açıqlanıb
Maliyyə18:10
"Orhus"un futbolçusu Tobias Bek: "İsti hava "Sabah"la cavab matçında bizə çətinliklər yarada bilər"
Futbol18:07
Şahbuzda avtomobil aşıb, 76 yaşlı qadın ölüb
Hadisə18:05
"Orhus"un baş məşqçisi Yakop Poulsen: "Çempionlar Liqasının pley-offuna adlamaq üçün oynayacağıq"
Futbol18:00
"Sabah"ın futbolçusu İvan Lepinitsa: "Orhus"la qarşılaşmaya çox ciddi hazırlaşmışıq"
Futbol17:58
Filippində leysan və daşqınlar nəticəsində 16 nəfər ölüb - YENİLƏNİB
Digər ölkələr17:53