Oman sahillərinə dağılan Rusiya nefti 390 kv. km-ə yaxın ərazini əhatə edir - YENİLƏNİB

Digər ölkələr
  • 10 avqust, 2026
  • 17:53
Oman sahillərinə dağılan Rusiya nefti 390 kv. km-ə yaxın ərazini əhatə edir - YENİLƏNİB

Rusiya neftini daşıyan sanksiya altındakı "Caroline Bezengi" gəmisi zədələndikdən sonra Oman sahillərində sahəsi təxminən 390 kvadrat kilometr olan neft ləkəsi yaranıb.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Oman hökumətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, neft ləkəsi cənubdakı Dofar əyalətinin sahillərindəki Halaniyyat adaları ərazisində yayılıb. Həmçinin peyk görüntülərinə əsaslanan son qiymətləndirmələrə görə, çirklənmə sahəsi təxminən 390 kvadrat kilometr təşkil edir.

Daha əvvəl "Caroline Bezengi" gəmisinin hələ iyunun sonlarında saya oturduğu bildirilmişdi.

Qəzet qeyd edir ki, tankerin heyəti iyunun 8-də Yəmənin Mukalla limanı sahillərində yaranmış problemlər barədə məlumat verib.

Gəminin zədələnmə səbəbi məlum deyil. Oman hakimiyyəti bu barədə açıqlama vermir.

Sanksiyaya məruz qalan və təxminən 1 milyon barel neft daşıyan "Caroline Bezengi" tankeri Oman sahillərində batır.

"Report" xəbər verir ki, bu barədə "Arab News" peyk görüntülərinə istinadən məlumat yayıb.

Gəmi təxminən iki ay əvvəl Omanının cənub-qərbində, Kibliya adası yaxınlığındakı qorunan ərazidə dayazlığa oturub. Nəşrin yayımladığı peyk görüntülərində təxminən 800 kvadratkilometr ərazini əhatə edən neft çirklənməsi qeydə alınıb.

Neft sızmasından zərər çəkən ərazi Ərəbistan dənizinin qoruğunun tərkibinə daxildir. Burada müxtəlif vəhşi heyvan növləri, o cümlədən nəsli kəsilmək təhlükəsi ilə üzləşən canlılar yaşayır.