"Sabah"ın futbolçusu İvan Lepinitsa: "Orhus"la qarşılaşmaya çox ciddi hazırlaşmışıq"
Futbol
- 10 avqust, 2026
- 18:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah" "Orhus"la qarşılaşmaya çox ciddi hazırlaşıb.
"Report" xəbər verir ki, bunu "Sabah"ın futbolçusu İvan Lepinitsa "Orhus"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Yarımmüdafiəçi görüşə ciddi hazırlaşdıqlarını bildirib:
"Səfərdə çox yaxşı çıxış etmişdik. Rəqibin 2 dəfə uzaq məsafədən qol vurmaq şansı oldu və bundan maksimum istifadə etdilər. Cavab matçına çox yaxşı hazırlaşmışıq. İnanırıq ki, mərhələni adlayan tərəf biz olacağıq".
Qeyd edək ki, "Sabah" – "Orhus" oyunu avqustun 11-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. İlk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Son xəbərlər
14:40
Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək
Futbol
14:39
Sahibə Qafarova qırğız həmkarı ilə görüşüb
Milli Məclis
14:35
"Škoda Group": İctimai nəqliyyatın inkişafında Azərbaycanın strateji tərəfdaşı olmağa hazırıq - Müsahibə
İnfrastruktur
14:35
Foto
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
Sağlamlıq
14:32
Parisdə etirazçılar Luvrun girişini bağlayıblar
Digər ölkələr
14:31
Foto
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
Elm və təhsil
14:28
Ötən həftə 1400 hektardan çox ərazi minalardan təmizlənib
Daxili siyasət
14:19
Foto
Belqradda Azərbaycan Səfirliyinin təşkilatçılığı ilə "Sülh və Suverenlik" adlı şahmat turniri keçirilib
Fərdi
14:18
Yəməndə husilərin düşərgəyə endirdiyi raket zərbəsi nəticəsində 40-a yaxın hərbçi ölüb
Digər ölkələr