Əfqanıstanda "Taliban" silahlıları 9 nəfəri qətlə yetiriblər

Digər ölkələr
  • 02 iyun, 2015
  • 08:08
Əfqanıstanda Taliban silahlıları 9 nəfəri qətlə yetiriblər

Bakı. 2 iyun. REPORT.AZ/ Əfqanıstanda "Taliban" silahlıları 9 nəfəri qətlə yetiriblər. 

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Xəbərə görə, həlak olanlardan 7-si Çexiyanın "Ehtiyacı olanlara yardım" humanitar təşkilatının yerli əməkdaşları, ikisi isə mühafizəçidir.  

Məlumatda bildirilib ki, hücum iyunun 2-də gecə saatlarında baş verib.

Hadisənin təfərrüatı araşdırılır.