Əfqanıstanda “Taliban”ın sığınacaqları bombalanıb, azı 20 silahlı zərərsizləşdirilib

Digər ölkələr
  • 17 iyun, 2017
  • 08:28
Əfqanıstanda “Taliban”ın sığınacaqları bombalanıb, azı 20 silahlı zərərsizləşdirilib

Bakı. 17 iyun. REPORT.AZ/ Əfqanıstan və ABŞ Hərbi Hava Qüvvələrinin birlikdə keçirdiyi əməliyyat nəticəsində “Taliban” hərəkatının azı 20 silahlısı zərərsizləşdirilib.

“Report” “Khaama Press”ə istinadən xəbər verir ki, bu barədə yerli məmurlar bildiriblər.

İnformasiyaya əsasən, aviazərbələr “Talibanı”ın ölkənin Gilmand əyalətinin Mərcə rayonundakı sığınacaqlarına endirilib.