Əfqanıstanda "Taliban"ın səhra komandirlərindən biri öldürülüb
Digər ölkələr
- 11 iyul, 2017
- 17:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 iyul. REPORT.AZ/ "Taliban" radikal hərəkatının nüfuzlu liderlərindən biri Vardak vilayətində Əfqanıstanın təhlükəsizlik qüvvələri ilə toqquşmada öldürülüb.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Khaama Press" agentliyi yerli polis rəisi Naqibulla Aminiyə istinadən məlumat yayıb.
Məlumata görə, toqquşma Calrez rayonunda baş verib. "Əməliyyat zamanı taliblərin səhra komandiri Mavlavi Abdul Rəhman və onun dörd əlaltısı öldürülüb, üç silahlı yaralanıb" – deyə o bildirib. Toqquşma zamanı həmçinin bir polis əməkdaşı da həlak olub, daha iki asayiş keşikçisi yaralanıb.
"Taliban" silahlıları baş verənləri hələlik şərh etməyib.
Son xəbərlər
06:12
BVF 2026-cı il üçün Azərbaycanın cari əməliyyatlar hesabının profisiti proqnozunu ÜDM-in 11,3 %-nə qədər artırıb
Maliyyə
05:47
Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb
Digər ölkələr
05:18
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
Digər ölkələr
04:52
Panamada daha bir güclü zəlzələ baş verib
Digər ölkələr
04:10
"Reuters" ABŞ-nin Rusiya ilə dizel üzrə sövdələşməni Ukraynaya necə əsaslandırdığını açıqlayıb
Digər ölkələr
03:44
Maykl Cordana məxsus forma hərracda rekord məbləğə satılıb
Komanda
03:08
Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib
Digər ölkələr
02:36
Tramp hesab edir ki, Putin Ukrayna ilə bağlı razılaşma əldə etməyi Zelenskidən daha çox istəyir
Digər ölkələr
02:15
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
Xarici siyasət