Əfqanıstanda "Taliban"ın 50 döyüşçüsü hökumət qüvvələrinə təslim olub

Digər ölkələr
  • 23 iyun, 2016
  • 08:47
Əfqanıstanda Talibanın 50 döyüşçüsü hökumət qüvvələrinə təslim olub

Bakı. 23 iyun. REPORT.AZ/ Əfqanıstanın şimal-qərbində yerləşən Fəryab əyalətində "Taliban" hərəkatının 50 terrorçusu hökumət qüvvələrinə təslim olub.

"Report" xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.

Əfqanıstan ordusunun təmsilçisi bildirib ki, "Taliban"ın 50-yə yaxın döyüşçüsü silahları ilə birlikdə ölkənin Dövlətabad rayonunda hökumətə təslim olublar.

Məlumata görə, bir müddət əvvəl ölkənin şimalındakı Cauzcan əyalətində "Taliban"ın 115 döyüşçüsü silahlarını təhvil verərək, təslim olublar.

44 - Tezliklə