Əfqanıstanda seçki günü partlayışlar nəticəsində 44 nəfər ölüb, 200-dən çox insan yaralanıb - YENİLƏNİB-3

Digər ölkələr
  • 20 oktyabr, 2018
  • 15:30
Əfqanıstanda seçki günü partlayışlar nəticəsində 44 nəfər ölüb, 200-dən çox insan yaralanıb - YENİLƏNİB-3
AP Photo / Massoud Hossaini

Bakı.20 oktyabr. REPORT.AZ/ Əfqanıstanda parlament seçkiləri zamanı törədilən partlayışlar zamanı ölənlərin sayı 44 nəfərə çatıb.

Bu barədə"Report" yerli "Pajvok" agentliyinə istinadən xəbər verir.

Məlumatagörə, silsilə terror aktları zamanı həmçinin 200-dən çox insan xəsarət alıb.

Terrorçularseçki məntəqələrini və onların ətrafını hədəf seçiblər. Daxiliİşlər Nazirliyinin məlumatına görə, terror aktları zamanı onlarla asayişkeşikçisi və bir hərbi qulluqçu həlak olub. Qeyd edilir ki, bu günə qədər 192silahlı insident qeydə alınıb.


 

***16:41

Əfqanıstanda parlament seçkiləri zamanı 15 nəfər partlayışların qurbanı olub, daha 110 nəfər yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Pajvak" agentliyi məlumat yayıb.


*** 13:18

Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Emergency" qeyri-hökümət təşkilatından məlumat verilib. 

"Mərkəzimizə indiyədək 30 xəstə daxil olub. Onlar arasında bir uşaq var ki, mərkəzə çatdırılanadək yolda dünyasını dəyişib", - təşkilatın "Twitter" səhifəsində qeyd olunub.


*** 12:00

Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqələrindəbir neçə partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, insidentin digər təfərrüatı hələlikaçıqlanmır.

Qeyd edək ki, bu gün Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir.