Əfqanıstanda polis məntəqəsinə basqın nəticəsində bir nəfər ölüb, 12-si xəsarət alıb
Digər ölkələr
- 07 dekabr, 2015
- 14:24
Bakı. 7 dekabr. REPORT.AZ/ Əfqanıstanın şərqində Nanqahar əyalətində terrorçu-intiharçının özünü polis mənqəsi yaxınlığında partlatması nəticəsində terrorçu ölüb, 12 nəfər xəsarət alıb.
"Report" "Sinxua"ya istinadən xəbər verir ki, bunu yerli polis bildirib.
Məlumata görə, terror yerli vaxtla saat 6.00-da bazarın ortasında yerləşən polis məntəqəsi yaxınlığında törədilib.
Partlayışın dalğası nəticəsində polis məntəqəsinin binası və 20 piştaxta dağılıb.
Terrorun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Məlumata görə, bir müddət öncə Kabulda terrorçu-intiharçının hücumu nəticəsində seçki komissiyası üzvünün cangüdəni həyatını itirib.
Son xəbərlər
06:59
Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
Hadisə06:54
Tramp ABŞ-də yeni neft emalı zavodlarının inşa olunduğunu açıqlayıb
Digər ölkələr06:28
Böyük Britaniya "Avanti West Coast" dəmir yolu operatorunu milliləşdirəcək
Digər ölkələr06:05
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb
Digər ölkələr05:39
Tramp: ABŞ-nin İran üzərində qələbəsi neftin qiymətinin aşağı düşməsinə səbəb olacaq
Digər ölkələr05:15
Yasamal və Nizami rayonlarının bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika04:48
Niderlandda gənclər hərbi xidmətə çağırışın bərpası əleyhinə tətil keçirəcək
Digər ölkələr04:28
ABŞ Ferford bazası yaxınlığında həbslərdən sonra təhlükəsizliyi gücləndirəcək
Digər ölkələr03:59