Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralananlar var

Digər ölkələr
  • 31 oktyabr, 2018
  • 04:08
Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralananlar var

Bakı. 31 oktyabr. REPORT.AZ/ Əfqanıstanda partlayış törədilib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" "Tolo News"a istinadən bildirib.

Qeyd edilir ki, hadisə paytaxtın şərqində, Pul-e-Çarxi həbsxanasının yaxınlığında baş verib. Həbsxana əməkdaşlarını daşıyan avtomobilin partladılması nəticəsində 7 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb.

Ölkənin Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.