Əfqanıstanda namaz zamanı partlayış olub, ölənlər və yaralananlar var

Digər ölkələr
  • 04 iyun, 2019
  • 09:06
Əfqanıstanda namaz zamanı partlayış olub, ölənlər və yaralananlar var

Əfqanıstanda Ramazan bayramı namazı zamanı məscidin qapısında partlayış törədilib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Bağlan əyalətinin Nahreyin rayonunda qeydə alınıb. 

Bildirilib ki, hadisə sakinlər məsciddən çıxan zaman baş verib. Nəticədə 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

44 - Tezliklə