Əfqanıstanda məsciddə törədilən partlayışda 3 nəfər ölüb, 10-dan artıq yaralı var

Digər ölkələr
  • 12 noyabr, 2021
  • 19:10
Əfqanıstanda məsciddə törədilən partlayışda 3 nəfər ölüb, 10-dan artıq yaralı var

Əfqanıstanın Nanqarhar əyalətinin Şpinqar rayonunda məsciddə törədilən partlayış nəticəsində azı 3 nəfər ölüb, 18 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli “Afganistan International” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Terallay kəndində cümə namazı vaxtı baş verib. İlkin məlumatlara görə, kamikadze partlayıcı qurğunu izdihamın içərisində işə salıb.

Ölənlər arasında iki uşaq, həmçinin məscidin imamı da var.

"Taliban" sözçüsü Zabihullah Mücahid terror aktını təşkil edən 3 nəfərin saxlanıldığını, onların İslam qanunlarına uyğun olaraq cəzalandırılacağını bildirib.

14:16

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində cümə namazı zamanı məsciddə partlayış törədilib.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə hadisə şahidləri bildirib.

Nəticədə 16 nəfər yaralanıb.

Partlayış səbəbi barədə hələlik məlumat yayılmayıb.