"Mançester Yunayted" Nussair Mazrauini buraxmaq niyyətində deyil

Futbol
  • 15 noyabr, 2026
  • 16:03
Mançester Yunayted Nussair Mazrauini buraxmaq niyyətində deyil

"Mançester Yunayted" mərakeşli müdafiəçi Nussair Mazrauini komandada saxlamağı planlaşdırır.

"Report" "The Daily Briefing"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" qış "transfer pəncərəsi"ndə futbolçu ilə yollarını ayırmağı düşünmürlər.

Arxa xətt oyunçusu İtaliyanın "Yuventus", "Milan" və Səudiyyə Ərəbistanı klublarının da maraq dairəsindədir.

Qeyd edək ki, 29 yaşlı afrikalı oyunçunun Mançester təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2028-ci il iyunun sonunadək nəzərdə tutulub. Onun dəyəri 18 milyon avro qiymətləndirilir.

44 filmi