Əfqanıstanda mədrəsədə partlayış olub, azı 9 nəfər ölüb

Digər ölkələr
  • 09 may, 2017
  • 05:41
Əfqanıstanda mədrəsədə partlayış olub, azı 9 nəfər ölüb

Bakı. 9 may. REPORT.AZ/ Əfqanıstanın Pərvan əyalətində mədrəsədə güclü partlayış baş verib. 

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 9 nəfərin öldüyü, qurbanların da yerli dini icmanın rəhbəri və 8 tələbəsi olduğu bildirilir.

Partlayıcı qurğu dərs prosesi zamanı sinif otağında işə düşüb. 

Yaralılar barədə hələlik məlumat yoxdur. 

Heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

44 - Tezliklə