Əfqanıstanda İŞİD-in mövqelərinə havadan zərbə endirilib, 8 terrorçu zərəsizləşdirilib

Digər ölkələr
  • 29 iyul, 2017
  • 12:33
Əfqanıstanda İŞİD-in mövqelərinə havadan zərbə endirilib, 8 terrorçu zərəsizləşdirilib

Bakı. 29 iyul. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Nanqahar əyalətində terrorçu İŞİD qruplaşmasının mövqelərinin bombalanması nəticəsində azı 8 terrorçu zərərsizləşdirilib.

“Report” “Khaama Press”ə istinadən xəbər verir ki, hava zərbələrinin endirilməsində məqsəd İŞİD terrorçularının sığınacaqlarının məhv edilməsi olub. 

Əməliyyat zamanı İŞİD-in həmin ərazidəki bütün mövqeləri dağıdılıb, dinc sakinlər arasında ölən və xəsarət alan olmayıb.