Əfqanıstanda etirazlar zamanı azı 3 nəfər ölüb

Digər ölkələr
  • 18 avqust, 2021
  • 12:09
Əfqanıstanda etirazlar zamanı azı 3 nəfər ölüb

Əfqanıstanın Cəlalabad şəhərində “Taliban”ın hakimiyyəti ələ keçirməsinə qarşı aksiya keçirilib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” hadisə şahidlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, "Taliblər"in müdaxiləsi nəticəsində etirazlar zamanı azı 3 şəhər sakini həyatını itirib.