​Əfqanıstanda 350 məhbus həbsxanadan qaçıb

Digər ölkələr
  • 14 sentyabr, 2015
  • 04:44
​Əfqanıstanda 350 məhbus həbsxanadan qaçıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Əfqanıstanın Qəznə şəhərində həbsxanadan 350-dən çox məhbus qaçıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə şəhər başçısının müavini Məhəməd Əli Əhmədi bildirib.

Məlumata görə, qaçan məhbusların 150-si "Taliban" hərəkatının üzvü olub.

Xəbərdə bildirilib ki, hadisə mütəşəkkil və yaxşı silahlanmış "talıban"çıların həbsxanaya hücumu nəticəsində baş verib.