Əfqanıstan Silahlı Qüvvələrinin 166 generalı işdən azad edilib və təqaüdə göndərilib

Digər ölkələr
  • 08 fevral, 2018
  • 08:16
Əfqanıstan Silahlı Qüvvələrinin 166 generalı işdən azad edilib və təqaüdə göndərilib

Bakı. 8 fevral. REPORT.AZ/ Əfqanıstan Silahlı Qüvvələrinin 2 generalı və daha 7 yüksək rütbəli zabiti vəzifəsindən azad edilib, 164 general isə təqaüdə göndərilib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, Əfqanıstan prezidenti Əşrəf Qani Əhmədzay bununla bağlı sərəncam imzalayıb.

Prezident Administrasiyasının sözçüsü Şah Hüseyn Mürtəzəvi bildirib ki, general və yüksək rütbəli zabitlərin işdən azad edilmələri, 164 generalın isə təqaüdə göndərilməsinə səbəb son zamanlar Əfqanıstan paytaxtı Kabulda terror hücumlarının artmasıdır.

O, vəzifəsindən azad edilən zabitlər barədə cinayət işi açılacağını da istisna etməyib.