​Əfqanıstanda keçirilən antiterror əməliyyatı nəticəsində 15 silahlı zərərsizləşdirilib

Digər ölkələr
  • 21 oktyabr, 2015
  • 06:17
​Əfqanıstanda keçirilən antiterror əməliyyatı nəticəsində 15 silahlı zərərsizləşdirilib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Gecə saatlarında Əfqanıstanda keçirilən antiterror əməliyyatı nəticəsində "Taliban" hərəkatının 15 silahlısı zərərsizləşdirilib.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, bunu Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Sediq Sediqqi bildirib.

Onun sözlərinə görə, əməliyyat nəticəsində 5 hərbçi ölüb.

Əməliyyat ölkənin qərbində Herat əyalətinin Qurian şəhərinin mərkəzində baş verib.

44 - Tezliklə