Dörd dəfə vaksinasiya olan Almaniyanın səhiyyə naziri koronavirusa yoluxub

Digər ölkələr
  • 04 avqust, 2022
  • 23:11
Dörd dəfə vaksinasiya olan Almaniyanın səhiyyə naziri koronavirusa yoluxub

Almaniyanın səhiyyə naziri Karl Lauterbaxın koronavirusla bağlı verdiyi analiz nümunəsi müsbət çıxıb.

“Report” xəbər verir ki, bunu “n-tv” kanalı Almaniya Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Səhiyyə Nazirliyi qeyd edib ki, Lauterbax özünü yaxşı hiss edir, onda xəstəliyin yalnız yüngül simptomları mövcuddur. Nazir təcrid olunub və evdən öz vəzifəsini yerinə yetirməkdə davam edir.

Qeyd edək ki, 59 yaşlı nazir dörd doza üzrə vaksinasiya olunub.