Donald Tramp Roma Papası XIV Leonu tənqid edib
- 13 aprel, 2026
- 06:42
ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonu tənqid edib.
"Report" xəbər verir ki, D. Tramp bu barədə "Truth Social"da yazıb.
"Papa Leo cinayətkarlıqla mübarizədə zəifdir və xarici siyasət üçün bərbaddır", - o bildirib və Roma Papasının Tramp Administrasiyasına olan qorxusu ilə Vatikanın COVID dövründəki vahiməsini müqayisə edib:
"O, Tramp Administrasiyasına olan qorxudan danışır, amma kilsə xidmətlərinə görə keşişləri, ruhaniləri çölə çıxıb ara məsafəsi saxlasalar da, həbs edərkən katolik kilsəsinin və bütün digər xristian təşkilatlarının yaşadığı qorxudan bəhs etmir. Mən onun qardaşı Luini ondan daha çox bəyənirəm, çünki Lui tamamilə MAGA-dır (Make America Great Again). O bunu başa düşür, Leo isə yox".
Tramp bildirib ki, İranın nüvə silahına sahib olmasını normal qəbul edən Roma Papasını istəmir. "Mən Birləşmiş Ştatlara külli miqdarda narkotik göndərən və daha da pisi, qatillər, narkotik tacirləri və canilər də daxil olmaqla öz həbsxanalarını bizim ölkəyə boşaldan Venesuelaya Amerikanın hücumunu dəhşətli hal kimi qəbul edən bir Papa istəmirəm", - ABŞ Prezidenti qeyd edib.
Onun sözlərinə görə, XIV Leonun adı heç bir siyahıda yox idi və və o, sırf amerikalı olduğu üçün Roma Papası seçilib. "Əgər mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı", - Tramp vurğulayıb.