Danimarka baha olduğu üçün "Patriot"ları almaqdan imtina edib

Digər ölkələr
  • 15 sentyabr, 2025
  • 05:18
Danimarka baha olduğu üçün Patriotları almaqdan imtina edib

ABŞ Dövlət Departamenti Danimarkaya hər biri üç buraxılış qurğusundan ibarət iki batareyanı, o cümlədən bir sıra əlaqəli avadanlıqları 8,5 milyard dollara satmağa razılaşdı və sonra qiyməti yarıdan çox azaldıb, lakin müqavilə hələ də imzalanmayıb.

Bu barədə "Report" "Defense Express" nəşrinə istinadən yazıb.

Nəşr qeyd edib ki, Danimarka özünün bütün hava hücumundan müdafiə təchizatı layihəsinə 8 milyard dollardan bir qədər az xərcləməyi planlaşdırıb. Avqustun sonunda Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi ABŞ Dövlət Departamentinin Danimarkaya 8,5 milyard dollara iki Patriot batareyası satmağa razılaşdığını açıqlayıb.

Lakin yüksək qiymət Danimarkanın son nəticədə başqa silahları seçməsinə səbəb olub. ABŞ "Patriot"un qiymətini iki dəfədən çox azaltsa da, Danimarka sövdələşməni hələ ki, imzalamayıb.

Qeyd edək ki, hazırda satış qiyməti 3,2 milyard dollardır. Nəşr yazıb ki, sonda Danimarka Avropanın SAMP/T NG-ni seçmək qərarına gəlib. Üstəlik danimarkalılar ən azı dörd belə hava hücumundan müdafiə sistemi sifariş etmək istəyiblər.

Ümumilikdə bu ölkə öz hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə, o cümlədən qısa və orta mənzilli hava hücumundan müdafiə sistemlərinin alınmasına 7,77 milyard avro xərcləməyi planlaşdırır. Bununlada Danimarkada sistemlərin ümumi sayı 32 ədədə çatmalıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti