Dağıstanda ağır yol qəzasında 4 nəfər ölüb
Digər ölkələr
- 11 avqust, 2024
- 13:51
Dağıstanın Xasavyurt rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin regional idarəsi bildirib.
“Bu gün təxminən saat 05:30-da Xasavyurd – Babayurd avtomobil yolunun 29-cu kilometrində Qızılyurd rayonunun 28 yaşlı sakini VAZ-2131 markalı avtomobili idarə edərkən qarşı hərəkət zolağına çıxıb və Xasavyurd rayonunun 54 yaşlı sakininin idarə etdiyi VAZ-21102 markalı avtomobillə toqquşub”, – məlumatda deyilir.
Qurum qeyd edib ki, toqquşma nəticəsində hər iki sürücü və onların iki sərnişini – 64 yaşlı qadın və 29 yaşlı kişi aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Son xəbərlər
09:49
Sumqayıtda din xadimləri üçün seminar-treninq keçiriləcək
Din09:46
Foto
Bakıda axşam konsertləri təşkil edilib
Daxili siyasət09:44
Bakıda ilk dəfə "Ironman 70.3" triatlon yarışı keçiriləcək
Fərdi09:39
Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub
Region09:36
Bəyaz Quluyeva: "İspaniya üzərində inamlı qələbə qazandıq"
Komanda09:31
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Daxili siyasət09:30
Çində 4,7 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr09:23
Foto
Qazaxda 3 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-2
Hadisə09:12