CNN: ABŞ hesab edir ki, İrana zərbələr Tehrana xəbərdarlıqdır
- 10 iyun, 2026
- 04:49
ABŞ İrana yeni zərbələri Tehrana xəbərdarlıq kimi qiymətləndirir və onların tərəflər arasında danışıqlara mane olacağına inanmır.
"Report"un məlumatına görə, CNN bu barədə ABŞ rəsmisinə istinadən xəbər verib.
Mənbənin sözlərinə görə, Vaşinqton hücumların İrana "xəbərdarlıq atəşi" kimi xidmət etmək məqsədi daşıdığına inanır.
Mənbə həmçinin qeyd edib ki, ABŞ tərəfi münaqişənin həlli üçün danışıqların davam olunacağını gözləyir və zərbələrin diplomatik prosesi pozacağını gözləmir.
Qeyd edək ki, ABŞ İranın bir sıra ərazilərinə hava zərbələri endirib. İranın cənubundakı Bəndər Abbas, Sirik və Qeşm adası ətrafında ardıcıl partlayış səsləri eşidilir. İranın ABŞ-nin "Apache" helikopterini vurmasından sonra Vaşinqton administrasiyası cavab hücumuna başlayıb.