Çinin şimal-şərqində daşqınlar 14 nəfərin həyatına son qoyub

Digər ölkələr
  • 06 avqust, 2023
  • 20:39
Çinin şimal-şərqində daşqınlar 14 nəfərin həyatına son qoyub

Çinin Şilin əyalətinin şimal-şərqindəki Şulan şəhər bələdiyyəsində daşqınlar nəticəsində azı 14 nəfər ölüb, bir nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə Mərkəzi Çin Televiziyası məlumat yayıb.

Yerli hakimiyyət orqanları əhalinin zərər çəkmiş ərazilərdən təxliyəsini davam etdirir. Xilasetmə işlərinə ordu da cəlb olunub.

44 - Tezliklə