Çinin kosmik yük gəmisinin buraxılışı uğurlu olub

Digər ölkələr
  • 10 may, 2023
  • 20:47
Çinin kosmik yük gəmisinin buraxılışı uğurlu olub

Çinin “Tyançjou-6” kosmik yük gəmisinin orbitə buraxılışı uğurlu olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin cənub-qərbindəki Siçuan əyalətində yerləşən Siçan kosmodromunun buraxılış mərkəzinin rəhbəri Den Huntsin bildirib.

“Tyançjou-6” tam olaraq müəyyən edilmiş orbitə çıxıb, onun günəş yelkəni açılıb, gəmi normal iş rejimində işləyir. Buraxılışın uğurlu olduğunu bəyan edirəm”, - D.Huntsin Çin Mərkəzi Televiziyasının efirində deyib.

Raketin buraxılışı Haynan əyalətinin şimal-şərq sahilindəki Vençan kosmodromundan, “Çançjen-7” (CZ-7) raketi vasitəsilə Pekin vaxtı ilə saat 21:22-də həyata keçirilib. Siçan kosmodromu Haynan “ulduz limanının” fəaliyyətini kurasiya edir.