"Kəpəz"in zədəli futbolçusu Əli Səmədovun durumu açıqlanıb

Futbol
  • 22 sentyabr, 2026
  • 17:42
Kəpəzin zədəli futbolçusu Əli Səmədovun durumu açıqlanıb

"Kəpəz"in zədəli futbolçusu Əli Səmədovun durumu açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

Misli Premyer Liqasının VI turunda "Sumqayıt"la matçda əvəzlənən yarımmüdafiəçinin sağ bud əzələsində 2 sm-lik yırtıq aşkarlanıb

Qarşıdakı 2-3 həftədə yaşıl meydanlardan kənarda qalacaq Ə.Səmədov növbəti turda "Araz-Naxçıvan"la oyunu buraxa bilər.