Çinin İsraildəki səfirinin ölüm səbəbi məlum oldu
Digər ölkələr
- 17 may, 2020
- 18:41
Bu gün səhər öz iqamətgahında ölü tapılmış Çinin İsraildəki səfiri Du Vey səhhətində yaranmış problemlə bağlı dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası bildirib.
Bununla yanaşı qeyd edilir ki, səfirin ölüm səbəbi "əlavə yoxlama aparılmasını və təsdiqetməni tələb edir".
Çinin Xarici İşlər Nazirliyi diplomatın ailə üzvlərinə başsağlığı verib.
Daha əvvəl İsrailin Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən “The Jerusalem Post” qəzeti bildirib ki, Du Vey mayın 17-də Təl-Əvivdən şimaldakı Qersliya şəhərindəki iqamətgahında ölü tapılıb. Onun 57 yaşı vardı.
Son xəbərlər
06:47
ABŞ-də dövlət qulluqçuları ilə müsahibələrdə süni intellektdən istifadə ediləcək
Digər ölkələr06:20
ABŞ Sakit okeanda Ekvador narkokartelinin gəmisini batırıb
Digər ölkələr05:51
Aİ ABŞ-nin İranın iqtisadi təcridi ilə bağlı əməliyyatına qoşulub
Digər ölkələr05:25
Rusiya və Monqolustanda taunun təbii ocağı hələ də qalır
Digər ölkələr04:59
Adam Telle ABŞ-nin ordu nazirinin səlahiyyətlərini icra edəcək
Digər ölkələr04:25
Tramp: Kütləvi miqrant axını səbəbindən İspaniyanı dağılma təhlükəsi gözləyir
Digər ölkələr03:47
Hindistan raketi Yerin məsafədən zondlanması peykini orbitə çıxarıb
Digər ölkələr03:21
Kats: İsrail hücum halında İranın enerji infrastrukturuna zərbə endirəcək
Digər ölkələr02:58