ABŞ Sakit okeanda Ekvador narkokartelinin gəmisini batırıb
Digər ölkələr
- 04 sentyabr, 2026
- 06:20
ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvadorun "Los-Çoneros" narkoterror təşkilatının maraqları üçün istifadə edilən gəmini ələ keçirib və batırıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Komandanlığın məlumatına görə, gəmidən Sakit okeanın şərq hissəsindəki beynəlxalq sularda narkotik qaçaqmalçılığı üçün üzən yanacaqdoldurma stansiyası kimi istifadə edilib. Əməliyyat Ekvador hökuməti ilə koordinasiya və əməkdaşlıq şəraitində keçirilib.
ABŞ kəşfiyyatı gəminin "Los-Çoneros"un maraqları üçün istifadə edildiyini təsdiqləyib. Onun göyərtəsindəki şəxslər Ekvador hakimiyyətinə təhvil veriliblər.
Gəmidə axtarış və təmizləmə aparıldıqdan sonra ABŞ hərbçiləri onu batırıblar.
Son xəbərlər
19:16
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil
Analitika19:10
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Daxili siyasət19:08
ABŞ İranın nüvə öhdəliklərini pozması ilə bağlı AEBA-nın qətnamə qəbul etməsinə çalışır
Digər ölkələr19:04
Gürcüstanın xarici ticarət dövriyyəsi bu ilin ilk 6 ayında 5,8% artıb
Region19:03
Foto
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib
Turizm19:01
AMADA yeni Ümumdünya Antidopinq Məcəlləsi barədə idmançıları məlumatlandırıb
Fərdi18:58
Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb
Energetika18:56
Daşkənd Bakı ilə investisiya əməkdaşlığını dərinləşdirir: İlham Əliyevin səfərinin yekunları
Xarici siyasət18:41