Çində tikilməkdə olan avtomobil tunelinin ərazisində partlayış olub, dörd nəfər ölüb

Digər ölkələr
  • 31 mart, 2026
  • 10:01
Çində tikilməkdə olan avtomobil tunelinin ərazisində partlayış olub, dörd nəfər ölüb

Çinin cənub-qərbindəki Çuntsin bələdiyyəsində tikilməkdə olan avtomobil tunelinin ərazisində baş verən partlayış nəticəsində dörd nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyətə istinadən məlumat yayıb.

Bundan əlavə, 9 nəfər yaralanıb.

Ehtimal olunur ki, partlayışa tezalışan qaz səbəb olub.

Çuntsin şəhərinin Vançjou rayonunun nəqliyyat komissiyasının məlumatına görə, partlayış martın 30-da Hubey və Siçuan əyalətlərini birləşdirən magistral yolda tikinti sahəsində baş verib. Əvvəlcə bir nəfərin itkin düşdüyü, daha 12 nəfərin yaralandığı qeyd edilmişdi. Martın 31-nə olan məlumata görə, xilasedicilər itkin düşmüş şəxsin meyitini tapıblar, daha sonra isə üç yaralı göstərilən tibbi yardıma baxmayaraq ölüblər.