Çində yaşayış binalarının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb - VİDEO
Digər ölkələr
- 19 mart, 2019
- 04:34
Çinin şimalındakı Şansi əyalətinin Linfen şəhərində baş vermiş sürüşmə zamanı bir neçə yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilir ki, hazırda 5 nəfər itkin düşmüş hesab edilir.
Çin mətbuatının məlumatına görə, sürüşmə zonasına düşmüş 79 nəfərdən 46-ı təhlükəli zonadan özləri çıxa bilib.
Televiziya bildirib ki, şəhərdə sürüşmə nəticəsində iki yaşayış binası, bir həyət evi və ictimai hamam uçub. İtkin düşənlərin axtarışları davam edir.
Qeyd edək ki, Şansi əyalətinin Linfen şəhərində bir neçə yaşayış binası martın 16-da uçub.
Son xəbərlər
17:12
"Legion Financial"ın səhmdarlarının pay bölgüsü dəyişib
Maliyyə17:10
Nigar Arpadarai: Yaşıl və iqlim gündəliyi qlobal gərginliklər fonunda birləşdirici amil ola bilər
Xarici siyasət17:06
"Kəpəz"in futbolçusu Dioqo Verdaska altı həftəlik sıradan çıxıb
Futbol17:04
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Maliyyə17:03
Çində gəmidə baş verən yanğın zamanı ölənlərin sayı 25 nəfərə çatıb - YENİLƏNİB
Digər ölkələr17:02
İmişlidə erkən evliliyin qarşısı alınıb
Sosial müdafiə17:01
Foto
Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə olub
Daxili siyasət16:59
Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir
Region16:51