Nigar Arpadarai: Yaşıl və iqlim gündəliyi qlobal gərginliklər fonunda birləşdirici amil ola bilər
- 10 sentyabr, 2026
- 17:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaşıl və iqlim gündəliyi qlobal gərginlik, münaqişələr və fraqmentasiya fonunda birləşdirici amil ola bilər, lakin ümumi problemlərin həlli üçün regional əməkdaşlıq getdikcə daha böyük əhəmiyyət kəsb edəcək.
"Report" xəbər verir ki, bunu iqlim üzrə yüksək səviyyəli çempion, Milli Məclisin deputatı Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW 2026) bildirib.
"Ümumilikdə dünyadakı vəziyyətdən danışsaq, aydındır ki, biz etimadsızlıq, münaqişələr və ciddi parçalanma dünyasında yaşayırıq. Amma bu vəziyyətdə yaşıl və iqlim gündəliyi həqiqətən də birləşdirici rola malikdir. Əgər geosiyasi vəziyyəti nəzərə alaraq gələcəyə baxsaq, aydın olur ki, burada regional əməkdaşlıq son dərəcə mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, onun əhəmiyyəti yalnız artacaq", - o bildirib.
N.Arpadarainin sözlərinə görə, ölkələr yaranan problemləri regional səviyyədə həll etməlidir.
"Bu, son dərəcə vacibdir. Nə baş verirsə versin, istər iqtisadi, istər siyasi, istərsə də hər hansı digər məsələlər olsun, öz problemlərini həll etmək üçün üçüncü tərəfi dəvət etmək olmaz", - o əlavə edib.