"Legion Financial"ın səhmdarlarının pay bölgüsü dəyişib
- 10 sentyabr, 2026
- 17:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
"Report" xəbər verir ki, bu, şirkətin nizamnamə kapitalının 5,6 % artırılaraq 3,91 milyon manatdan 4,13 milyon manata çatdırılmasından sonra baş verib.
"Legion Financial"ın səhmlərinin 39,64 %-nə nəzarət edən Turan İsmayılov payını 37,53 %-ə, 10,23 %-nə nəzarət edən Rövşən Soltanov payını 10,17 %-ə, 14,07 %-nə nəzarət edən Böyükağa Məmmədov payını 13,32 %-ə endirib, əvəzində 31,2 %-nə nəzarət edən Ramin Süleymanlı payını 32,69 %-ə, 4,86 %-nə nəzarət edən Belarus vətəndaşı Kolas Konstantin isə payını 6,29 %-ə çatdırıb. T.İsmayılov həm də lisenziyası ləğv edilmiş "Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.
Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb.