Çexiya hərbçilərinin xarici missiyalarda iştirakını azaltmağa hazırlaşır

Digər ölkələr
  • 08 yanvar, 2024
  • 01:16
Çexiya hərbçilərinin xarici missiyalarda iştirakını azaltmağa hazırlaşır

Çexiya hökuməti 2024-cü ildə hərbi personalının xarici missiyalarda iştirakını azaldacaq.

“Report” xəbər verir ki, bu barədə ölkə ordusunun Baş Qərargahının mətbuat katibi Vlastimila Kiprisova məlumat verib.

Hazırda çex əsgərləri 14 xarici missiyada iştirak edirlər. Bura Yaxın Şərq və Kosovodakı missiyalar daxildir. Üstəlik, dövlətin hərbi qulluqçuları Aralıq dənizi hövzəsindədir.

Onun sözlərinə görə, burada onlar Afrikadan Avropa ölkələrinə qanunsuz miqrantların daşınmasının qarşısını alırlar.

“2024-cü ildə xarici missiyalarda iştirakçıların sayının ümumi azalması, əsasən, Slovakiyadakı NATO kontingentində 450 nəfərdən 200 nəfərə qədər azalma hesabına baş verəcək. Çexiyanın bir mexanikləşdirilmiş və bir logistik dəstək bölməsi Slovakiyada qalacaq. Bundan əlavə, Praqadan olan nümayəndələr ştat ərazisindəki beynəlxalq qərargahda fəaliyyətini davam etdirəcəklər”.

Sonda Kiprisova vurğulayıb ki, bu il çexiyalı təlimatçılar Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin hazırlanmasında fəal iştirak edəcəklər. Təlim həm ölkə ərazisində, həm də xaricdə keçiriləcək.

44 filmi