Cənubi Koreyada koronavirusa yoluxanların sayı 10,6 min nəfəri ötdü
- 17 aprel, 2020
- 04:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Koreyada son bir gündə koronavirusa 22 yoluxma qeydə alınıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi bildirib.
Qeyd edilir ki, bununla ölkədə COVID-19-a yoluxanların ümumi sayı 10 635 nəfərə çatıb. Ölkədə virusa yoluxmuş 72 nəfər sağalıb, koronavirusdan 230 nəfər ölüb.
Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası elan edilib. Sakinlərdən aprelin 19-a qədər zərurət olmadıqda evlərini tərk etməməyi, idman, əyləncə və dini müəssisələri bağlamağı xahiş ediblər.
Koronavirus ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda COVID-19 infeksiyası 210 ölkədə və regionda qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.