FIBA Avropa Kuboku: "LANDAU Lions" Slovakiya klubunun qonağı olacaq

Komanda
  • 13 oktyabr, 2026
  • 10:26
FIBA Avropa Kuboku: LANDAU Lions Slovakiya klubunun qonağı olacaq

Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa bu gün çıxacaq.

"Report"un məlumatına görə, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv G qrupunda səfərdə Slovakiyanın "Prievidza" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xatırladaq ki, "LANDAU Lions" ilk oyununda İsveçrə təmsilçisi "Lions de Geneve"yə uduzub - 83:105.